Azərbaycan Texniki Universitetinin (AzTU) doktorantları “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin İzmir Bakırçay Universitetində 2023/2024 tədris ilinin yaz semestrində 9 günlük təcrübə keçmək üçün müraciət edə bilərlər.
Qeyd edək ki, mübadiləyə kompüter mühəndisliyi və elektrik və elektronika mühəndisliyi istiqamətləri üzrə yalnız 1 yer ayrılıb.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
· AzTU-nun doktorant tələbəsi olmaq;
· Ərizə formasının doldurulması (Application Form);
· Magistr diplom əlavəsindəki ÜOMG (minimum 85 bal);
· İngilis dili biliyi təsdiq edən sənəd (minimum B2 səviyyəsi).
Seçim zamanı dil biliyini təsdiqləyən sertifikat təqdim edənlərə üstünlük veriləcək.
“Erasmus+” mübadilə proqramında iştirak etmək istəyən doktorantlardan tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
Müraciət üçün son tarix: 16.04.2024
Ətraflı məlumat üçün:
Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
(+994 12) 539 13 48