Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar “TIES” təqaüd proqramı ilə Türkiyədə təhsil almaq istəyənlərin nəzərinə!

“TIES” təqaüd proqramı ilə Türkiyədə təhsil almaq istəyənlərin nəzərinə!

2026-04-21
31

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Türkiyənin Niğde Ömer Halisdemir Universitetində Türkiyənin beynəlxalq mübadilə üçün təqaüd proqramı (TIES) çərçivəsində 2026/2027-ci tədris ilinin payız semestrində təhsil almaq üçün müraciət edə bilər. Mübadiləyə bir nəfər tələbə (əlavə bir nəfər tələbə də ehtiyat yer üçün) seçiləcək.

TIES proqramı çərçivəsində tələbələr:

- Təhsil alacağı universitetdə təhsil haqqından azad olur;

- Aylıq təqaüd alır;

- Gediş-dönüş səyahət xərci qarşılanır;

- Yataqxana ilə təmin olunur.

Tələblər:

- AzTU-nun bakalavr (1-ci və 2-ci kurs) tələbəsi olmaq;

Ərizə forması;

- Transkript (ÜOMG minimum 75 bal);

- İngilis və ya türk dili biliyini təsdiq edən sənəd (minimum B1 səviyyəsi).

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· Dil biliyi sertifikatı olanlar və ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək.

Müraciət üçün son tarix: 10.05.2026

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)

E-mail: [email protected]