Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar TAU-ya İT mütəxəssisi vəzifəsinə vakansiya elan olunur

TAU-ya İT mütəxəssisi vəzifəsinə vakansiya elan olunur

2024-10-22
720

Türkiyə-Azərbaycan Universitetinə (TAU) İT mütəxəssisi vəzifəsinə vakansiya elan olunur. 

Vəzifə təlimatı: 

- Universitetin İT və digər texniki layihələrində iştirak etmək;

- Server, şəbəkə və kompüterlərin arası kəsilmədən işləməsinin təmin etmək;

- Server, kameralar, şəbəkəyə qoşulmuş və ya qoşulmamış istifadəçi kompüterlərinin proqram təminatının, printerlərin, faksların işlək vəziyyətdə olmasının təmin edilməsi, həmçinin profilaktik təbdirlər sistemini işləyib hazırlamaq və tətbiq etmək;

- Satın alınacaq kompüter, server, şəbəkə avadanlıqlarının, onların proqram təminatlarının parametrlərinin müəyyən edilməsi və texniki tələblərin müəyyən olunması prosesində iştirak etmək;
- Universitetdə videomüşahidə sistemlərini idarə etmək;

- Sistemin effektivliyinin qorunmasına nəzarət etmək;

- Sistem tərtibatının bütün komponentlərinin birlikdə düzgün işləməsinə nəzarət etmək;

- İstifadəçilərin sorğusuna əsasən problemlərin həll edilməsinə kömək etmək;

- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak etmək.

Tələblər:

Təhsil: İT sahəsində təhsil;

İş təcrübəsi: Yerli şəbəkələrin quraşdırılması və texniki xidmət göstərilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;

Dil biliyi: Azərbaycan, türk və ingilis dili - mütləq, rus dili arzuolunandır;

Komandada işləmək bacarığı.

İş şərtləri:
5 günlük iş həftəsi (şənbə-bazar); 09:00-18:00 iş saatı(1 saat nahar fasiləsi)
 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 05.11.2024