Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar TAU-da mühasib vəzifəsinə vakansiya elan edilir

TAU-da mühasib vəzifəsinə vakansiya elan edilir

2024-10-22
612

Türkiyə-Azərbaycan Universitetinin (TAU) Mühasibatlıq şöbəsinə mühasib vəzifəsinə vakansiya elan edilir.

Öhdəliklər:

· Bank əməliyyatlarının icra edilməsi;

· Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi;

· Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması;

· Gündəlik və aylıq hesabatların tərtib edilməsi (vergi, DSMF, statistika hesabatları və s.);

· Debitor və kreditor sənədlərin uçotunun aparılması;

· Müqavilələrin mühasibat cəhətdən yoxlanılması və sənədləşmənin təmin edilməsi. 

Tələblər:

· Ali təhsil (maliyyə, mühasibat uçotu, audit və oxşar ixtisaslar);

· Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;

· Dil bilikləri: Azərbaycan dilini səlis bilməli; (türk və ingilis dillərini bilməsi üstünlükdür);

· E-taxes.gov.az və s. portallardan istifadə etmək;

· MS Office proqramları üzrə biliklər (xüsusilə Excel);

· Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət;

· Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 10.11.2024