Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Strateji planlaşdırma və icraya nəzarət mütəxəssisi vəzifəsinə vakansiya elan olunur

Strateji planlaşdırma və icraya nəzarət mütəxəssisi vəzifəsinə vakansiya elan olunur

2024-12-10
437

Azərbaycan Texniki Universitetinin (AzTU) Strateji inkişaf şöbəsinə strateji planlaşdırma və icraya nəzarət mütəxəssisi vəzifəsinə vakansiya elan olunur.

Tələblər:

· Ali təhsil (biznes idarəçiliyi, iqtisadiyyat, menecment, strateji idarəetmə, təhsil və ya müvafiq sahədə);

· İngilis dili bilikləri, rus dili (arzu olunandır);

· Minimum 1 il iş təcrübəsi (universitetlər və ya təşkilatlarda strateji planlaşdırma və icra proseslərinə nəzarət sahəsində təcrübə arzuolunandır);

· Komanda ilə iş bacarığı;

· İnformasiya texnologiyaları, proqram təminatı, layihə idarəetmə proqrmaları (MS Project, Asana, Trello və s.);

· Güclü ünsiyyət və dinləmə bacarıqları;

· Yüksək təşkilatçılıq və analitik düşünmə bacarıqları. 

Öhdəliklər:

· Strateji planların hazırlanması və inkişafı;

· Planlaşdırma ilə bağlı icra proseslərinə nəzarət edilməsi;

· Resursların effektiv istifadəsinin təmin edilməsi;

· Daxili və xarici mühitdə maraqlı tərəflərlə təhlillərin aparılması;

· Əlaqələndirmə və kommunikasiya;

· Strateji məqsədlərə uyğun dəyişiklik və təkmilləşdirmələrin təklif edilməsi. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 22.12.2024-cü il saat 18:00