Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrasına müəllimlərin işə qəbulu elan olunur

Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrasına müəllimlərin işə qəbulu elan olunur

2025-09-03
228

Azərbaycan Texniki Universitetinin (AzTU) Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrası 2025/2026-cı tədris ilinin payız və yaz semestrləri üzrə müəllim vəzifəsinə işə qəbul elan edir

Azərbaycan, ingilis, rus bölməsi üçün müvafiq sahədə təcrübəsi olan müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır: 

FƏNLƏRİN SİYAHISI 

Tələblər:

• Ali təhsil: Magistr və ya doktorantura dərəcəsi;

• Müvafiq sahə üzrə elmi dərəcənin (PhD və ya fəlsəfə doktoru) olması üstünlükdür;

• Tədris sahəsinə uyğun elmi məqalələrin, tədqiqatların və ya layihələrin müəllifi olmaq;

• Ali təhsil müəssisəsində pedaqoji fəaliyyət üzrə ən azı 3 il iş təcrübəsi;

• Fənn proqramlarına uyğun dərs materiallarını hazırlamaq və müasir tədris metodlarından istifadə etmək bacarığı;

• ·Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət;

• Tədris dilinə uyğun olaraq ingilis və rus dilini yüksək səviyyədə bilmək;

•  Yaxşı ünsiyyət və təqdimat bacarıqları;

• Komanda ilə işləmək və akademik mühitə uyğunlaşmaq qabiliyyəti;

• Müasir İT və tədris texnologiyalarından istifadə bacarığı (MS Office, LMS platformaları və s.). 

Müraciət qaydası:

Tələblərə uyğun namizədlər mövzu yerində iddia etdikləri fənn yaxud fənlərin adları və tədris edəcəkləri dil barədə məlumatları qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 09.09.2025