Azərbaycan Texniki Universitetinin (AzTU) Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrasına müəllim köməkçisi vəzifəsinə vakansiya elan olunur.
Tələblər:
· Ali təhsil: Müvafiq ixtisas üzrə magistr təhsili;
· Təhsil sahəsində ən azı 2 il iş təcrübəsi;
· Azərbaycan dilində akademik yazı qabiliyyəti;
· Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) və elektron sənəd dövriyyəsi sistemlərində işləmə bacarığı;
· Dil biliyi: Yüksək ingilis dili (rus dili arzuolunandır);
· Tətbiqi proqramlardan istifadə bacarığı (müvafiq proqram təminatları);
· Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
· Koordinasiya etmək bacarığı.
Vəzifə öhdəlikləri:
· Tələbələrə tədris materiallarının mənimsənilməsində dəstək olmaq və suallarını cavablandırmaq;
· Kafedranın elmi-tədqiqat işlərində iştirak edərək araşdırmalar aparmaq və nəticələri sənədləşdirmək;
· Tətbiqi proqramlardan istifadə edərək tədris prosesini dəstəkləmək;
· Müəllim və tələbələr üçün zəruri olan akademik və texniki sənədlərin hazırlanmasına kömək etmək;
· Xarici dil biliklərindən istifadə edərək beynəlxalq elmi mənbələri araşdırmaq və tətbiq etmək;
· Kafedranın elmi-tədqiqat işlərində iştirak etmək və elmi araşdırmalar aparmaq;
· Tələbələrə tədris materiallarını mənimsəməkdə dəstək olmaq və onların akademik inkişafına kömək etmək.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 20.02.2026