Azərbaycan Texniki Universitetinin (AzTU) Sənaye Əməkdaşlığı və Ömürboyu Öyrənmə Məktəbinə tyutor vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
· Müvafiq ixtisas üzrə ali təhsil (magistr dərəcəsi);
· Təhsil sahəsi üzrə iş təcrübəsi (Tyutor təlim sertifikatı arzuolunandır);
· Təhsil haqqında AR Prezidentinin, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;
· Dil bilikləri: rus, ingilis və s. dillərdə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlük olaraq qəbul ediləcək;
· Ms Office proqramları üzrə biliklər;
· Ali məktəb pedaqogikasını və psixologiyasını, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək.
Əmək funksiyaları:
· Tələbələrin kredit sistemi ilə əlaqədar fərdi və qrup şəklində tədris məsləhətləri vermək;
· Tədris planlarının və proqramlarının tərtibində iştirak etmək;
· Tədrislə bağlı zəruri sənədlərin hazırlanması və kompüter emalını həyata keçirmək;
· AzTU-nun Elektron Təhsil sisteminə tələbələrlə bağlı məlumatları daxil etmək və izləmək;
· AOİTAS (Ali və Orta İxtisas Təhsili Alt Sistemi) sistemində bütün növ məlumatları işləmək;
· Tədrisin semestr və dövlət buraxılış imtahanlarının təşkilində iştirak etmək;
· Transkript formalarını hazırlamaq və çap etmək;
· Sessiya imtahanlarının təşkilində iştirak etmək;
· Akademik transkriptlər hazırlamaq;
· Yay semestrinin təşkilində iştirak etmək.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 30.06.2024-cü il saat 18:00