24.06.2025-ci il saat 15:00-da Azərbaycan Texniki Universitetində (AzTU) Samir Fariz oğlu Əmirlinin texnika elmləri sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3313.01 – “Maşınqayırma texnologiyası” ixtisası üzrə “Hidroabraziv emal üsulu ilə materialı çətin emal olunan detalların keyfiyyət göstəricilərinin yüksəldilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin elmi seminarı keçiriləcək (əsas korpus, otaq 317).
Elmi rəhbərlər:
Texnika elmləri doktoru professor Nizami Dəmir oğlu Yusubov (AzTU)
Texnika elmləri doktoru (Dr.-Ing. habil.) professor Sylvio Simon (Brandenburq Texniki Universiteti Cottbus-Senftenberq)