Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Rumıniyada “Erasmus+ KA171” mübadilə proqramında iştirak etmək istəyən akademik və inzibati heyətinin nəzərinə!

Rumıniyada “Erasmus+ KA171” mübadilə proqramında iştirak etmək istəyən akademik və inzibati heyətinin nəzərinə!

2025-01-30
193

Azərbaycan Texniki Universitetinin (AzTU) akademik və inzibati heyəti “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Rumıniyanın Babeş-Bolyai Universitetində bir həftə müvafiq olaraq mühazirə oxumaq və təlim görmək üçün müraciət edə bilər. 

Mübadilə proqramı haqqında məlumat:

● Tədris ili: 2024/2025 tədris ilinin yaz semestri

● Sahələr: İqtisadiyyat; kompüter mühəndisliyi; inzibati strukturlar

Tələb olunan sənədlər:

● Ərizə forması (Application Form)

● CV (ingilis dilində)

● İngilis dili biliyini təsdiq edən sənəd, minimum B2 səviyyəsi

Müraciət qaydası:

“Erasmus+ KA171” mübadilə proqramında iştirak etmək istəyən müəllimlərdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 10.02.2025

- Seçim zamanı tam ştatlı/yarım ştatlı çalışan müəllimlərə üstünlük veriləcək.

Ünvan: AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq (Beynəlxalq əlaqələr şöbəsi)

E-poçt: [email protected]

Tel: (+994 12) 539 13 48