Portal.edu.az-da tələb olunan sənədlər
1. Diplom və əlavənin notarial qaydada təsdiq olunmuş surəti ( bakalavr təhsilini əvvəlki illərdə bitirənlər üçün);
2. Cari ilin məzunları üçün universiteti bitirdikləri haqqında arayış;
3. Təhsil haqqında ödəniş qəbzi ( yalnız ödənişli əsaslarla qəbul olunanlar üçün).
1. Məcburi köçkünlər üçün tələb edilən sənədlər:
- Bakalavrın məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
Sənədlərdə diqqət edilməli məqamlar:
Bakalavrın məcburi köçkün vəsiqəsində 2025-ci il üzrə qeydiyyata alınma barədə qeyd (imza və möhür) olmalıdır.
2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları üçün tələb edilən sənədlər:
- Valideynin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, əlil olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti
- əlilliyi olan valideynin şəxsiyyət vəsiqəsinin surəti;
- bakalavrın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
Sənədlərdə diqqət edilməli məqamlar:
1. Bakalavrın valideyninin əlilliyini təsdiq edən sənəddə (elektron sistemdən çıxarış) əlillik səbəbi olaraq mütləq “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda” ifadəsi qeyd edilməlidir.
2. Bakalavrın təqdim etdiyi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, əlil olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədlə abituriyentin (bakalavrın) doğum haqqında şəhadətnaməsi uyğunluq təşkil etməlidir, yəni həmin şəxsin (bakalavrın) valideyni olduğunu təsdiq etməlidir.
3. Bakalavrın valideyninin şəxsiyyət vəsiqəsi ilə əlilliyi təsdiq edən elektron sistemdən çıxarışda seriya nömrəsi və ya FİN kod eynilik təşkil etməlidir.
3. Şəhid ailəsi statusunu almış ailənin üzvləri üçün tələb edilən sənədlər:
- Ailə üzvünün şəhid olmasını təsdiq edən sənədin (ölüm haqqında şəhadətnamə) notarial qaydada təsdiq edilmiş surəti;
- Bakalavrın şəhid olmuş şəsxlə qohumluq əlaqəsini təsdiq edən sənədin (doğum haqqında şəhadətnamə və ya nikah haqqında şəhadətnamə) notarial qaydada təsdiq edilmiş surəti;
- Bakalavrın şəhid ailəsi üzvü olduğunu təsdiq edən vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti.
Sənədlərdə diqqət edilməli məqamlar:
Bakalavrın təqdim etdiyi ailə üzvünün şəhid olmasını təsdiq edən sənəd (ölüm haqqında şəhadətnamə) onun şəhid olmuş şəsxlə qohumluq əlaqəsini təsdiq edən sənədlə (doğum haqqında şəhadətnamə və ya nikah haqqında şəhadətnamə) uyğunluq təşkil etməlidir, yəni həmin sənədlər bakalavrın şəhid ailəsi üzvü olduğunu təsdiq etməlidir.
4. Hər iki valideyni vəfat etmiş, hər iki valideynin himayəsindən məhrum olmuş və ya bir valideyni vəfat etmiş, digər valideyni isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ( I və II dərəcə) olan 23 yaşınadək şəxslər üçün tələb edilən sənədlər:
- Valideynlərinin vəfat etdiyini təsdiq edən sənədlərin notarial qaydada təsdiq edilmiş surəti;
- Valideynlərdən birinin vəfat etdiyini təsdiq edən sənədin, digər valideynin isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi (I yaxud II dərəcə) olduğunu təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti;
- Valideynin şəxsiyyət vəsiqəsinin surəti;
- Bakalavrın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.
Sənədlərdə diqqət edilməli məqamlar:
1. Bakalavrın 23 yaşı tamam olmamış olmalıdır.
2. Bakalavrın təqdim etdiyi valideynin (və ya valideynlərin) ölüm haqqında şəhadətnaməsində (və ya şəhadətnamələrində) və ya əlilliyini təsdiq edən sənədlərlə bakalavrın doğum haqqında şəhadətnaməsi uyğunluq təşkil etməlidir, yəni sənədlər həmin şəxsin bakalavrın valideyni olduğunu təsdiq etməlidir.
3. Bakalavrın valideyninin şəxsiyyət vəsiqəsi ilə əlilliyi təsdiq edən elektron sistemdən çıxarışda seriya nömrəsi və ya FİN kod eynilik təşkil etməlidir.
5. Orqanizmin funksiyalarının 61-100 faiz (I və II dərəcə) pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün tələb edilən sənədlər:
- Bakalavrın şəxsiyyət vəsiqəsinin surəti;
- Bakalavrın əlilliyini təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti.
Sənədlərdə diqqət edilməli məqamlar:
1. Bakalavrın əlilliyini təsdiq edən sənədlə şəxsiyyət vəsiqəsində qeyd edilən seriya nömrəsi və ya FİN kod eynilik təşkil etməlidir.
6. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər müvafiq qurum tərəfindən müharibə veteranı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiqlənmiş sürətini təqdim etməlidir.