Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Polşada bir semestrlik təhsil almaq istəyən tələbələrin nəzərinə!

Polşada bir semestrlik təhsil almaq istəyən tələbələrin nəzərinə!

2024-11-28
484

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Polşanın Powislanski Universitetində 2024/2025 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.    

Mübadilə aşağıda qeyd olunan ixtisasları əhatə edir:

· İqtisadiyyat

· Biznesin idarə edilməsi

· Menecment 

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- Bakalavr tələbəsi olmaq (2-ci və 3-cü kurs)

- Ərizə forması (Application Form)

- Transkript (ÜOMG minimum 75 bal)

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi) 

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.

· Sertifikat təqdim edilmədikdə ingilis dilindən imtahan təşkil olunacaq. 

Müraciət üçün son tarix: 10.12.2024  

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) 

E-poçt: [email protected]

Tel: (+994 12) 539 13 48