Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat və magistr səviyyəsində təhsil alan tələbələri Pakistan İslam Respublikasının Milli Elm və Texnologiya Universitetində (NUST) 2025/2026-cı tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Mübadilə ilə bağlı ətraflı məlumatı linkə daxil olmaqla əldə edə bilərsiniz.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
- AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) və ya magistr (1-ci kurs) tələbəsi olmaq;
- Ərizə forması (Application Form);
- Transkript (ÜOMG minimum 75 bal) – bakalavr üçün;
- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).
QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə Milli Elm və Texnologiya Universitetində 1 semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.
Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
· IELTS sertifikatı olanlar və ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək.
· Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq.
Müraciət üçün son tarix: 27.10.2025
Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-mail: [email protected]
Tel: (+994 12) 539 13 48