Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Özbəkistanda bir semestr mübadilə imkanı

Özbəkistanda bir semestr mübadilə imkanı

2025-11-13
15

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Özbəkistanın Daşkənd Turin Politexnik Universitetində (TTPU) 2025/2026-cı tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.

Qeyd edək ki, TTPU-da mübadilə yalnız ingilis dilində tədris aparılan ixtisaslarda mümkün olacaq. Tədris olunan ixtisas və fənlərin siyahısına linkə daxil olmaqla baxa bilərsiniz.

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;

Ərizə formasını doldurmaq;

- Transkript (ÜOMG minimum 75 bal);

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).

QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə TTPU-da bir semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· IELTS / TOEFL sertifikatı olanlar və ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək.

Müraciət üçün son tarix: 23.11.2025

Əlaqə:

Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)

E-mail: [email protected]

Tel: (+994 12) 539 13 48