Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTÜ) 2025/2026-cı tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Qeyd edək ki, ODTÜ-də tədris yalnız ingilis dilində aparılır.
ODTÜ-də tədris olunan ixtisas və fənlərin siyahısı
● İxtisaslar və illər üzrə tədris planları
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
· AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq
· Ərizə formasını doldurmaq
· Transkript (ÜOMG minimum 75 bal)
· İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi)
QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə ODTÜ-də 1 semestrlik təhsil haqqı istisna olmaqla digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.
Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
● Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
● IELTS / TOEFL sertifikatı olanlar və ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək.
Müraciət üçün son tarix: 26.11.2025
Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Əlaqə:
Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-poçt: [email protected]
Tel: (+994 12) 539 13 48