Türkiyənin aparıcı universitetlərindən biri olan Orta Doğu Texniki Universitetinin (ODTÜ) təşkil etdiyi beynəlxalq yay məktəbi proqramına müraciətlər qəbul olunur. Proqram çərçivəsində ODTÜ beynəlxalq tələbələrə təhsillə yanaşı, maraqlı kampus həyatı və mədəni kəşfləri özündə birləşdirən unikal yay təcrübəsi təklif edir. Proqram haqqında ətraflı məlumat əldə etmək üçün https://ico.metu.edu.tr/international-summer-program səhifəsinə keçid edə bilərsiniz. Həmçinin 23 mart 2026-cı il saat 14:00-da (TR saatı ilə) onlayn məlumatlandırma görüşünə aşağıdakı linkdən qoşula bilərsiniz: https://teams.microsoft.com/meet/33805900075076?p=2XAYY2yi7ZdlTCFSkT
Meeting ID: 338 059 000 750 76
Passcode: Nw6rM3uH
Proqramın məzmunu:
Proqram çərçivəsində aşağıdakı fəaliyyətlər təklif olunur:
· 5 fərqli sahə üzrə dərs (fənn)
· Hər bir fənn üzrə 6 ECTS kredit və sonda transkript
· Mədəni seminarlar, sosial fəaliyyətlər və maraqlı turlar
Təklif olunan fənlər və ödənişləri:
· Türk ədəbiyyatı fənninə giriş: 1700 avro (3 ekskursiya daxildir)
· Kontekstual memarlıq (In-Situ Architecture): 800 avro
· Təhsildə və cəmiyyətdə idmanın əsasları: 1050 avro
· Türkiyənin mədəni iris fənninə giriş: 950 avro
· Oyun hazırlanmasının əsasları (Game Development Pipeline): 900 avro
Fənlər ingilis dilində tədris olunur.
Proqramın müddəti:
Proqramın müddəti 3 həftədir – 6-24 iyul 2026 (dəyişiklik olarsa əlavə məlumat veriləcək)
Kimlər müraciət edə bilər?
Bakalavriat səviyyəsində təhsil alan tələbələr
İngilis dili səviyyəsi minimum B2 olmalıdır.
Ödəniş və xərclər:
Müraciət ödənişlidir – 50 avro (geri qaytarılmır)
Fənlər üçün ödəniş: hər bir fənn üzrə ödəniş yuxarıda qeyd olunub (Fənn açılmadığı təqdirdə ödəniş geri qaytarılır)
Universitet yataqxanasında qalmaq üçün ödəniş müraciət müddəti bitdikdən sonra bildiriləcək.
İlkin müracilət üçün son tarix – 15.04.2026
Müraciətin tamamlanması və ödəniş (50 avro) üçün son tarix – 15.05.2026
Müraciət linki: İlkin məlumat linki
İlkin ərizə formasını təqdim etdikdən sonra müraciətçilər elektron poçt vasitəsilə şəxsi ərizə sistemi linki alacaqlar.
Qeyd: Müraciət edən tələbələrdən müraciət etdikdən sonra aşağıdakı məlumatları [email protected] emailinə yazaraq məlumat vermələri xahiş olunur:
Ad Soyad
Fakültə/İxtisas
Qrup №