13 fevral 2026-cı il saat 11:00-da Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının dissertantı Nərgiz Firuz qızı Məmmədzadənin 3338.01- sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Xüsusi təyinatli elektron sənəd dövriyyəsi sistemlərində informasiyanin konfidensiallığının qorunması üsulları (tibb müəssisələri nümunəsində)” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək (AzTU, 6-cı korpus, otaq 404).