Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Nəqliyyat və logistika fakültəsinə tyutor vəzifəsi üzrə vakansiya elan olunur

Nəqliyyat və logistika fakültəsinə tyutor vəzifəsi üzrə vakansiya elan olunur

2026-02-17
26

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinə tyutor vəzifəsi üzrə vakansiya elan olunur. 

Tələblər:

· Ali təhsil: Müvafiq ixtisas üzrə magistr təhsili;

· Tyutor təlim sertifakatı arzuolunandır;

· Azərbaycan dilində akademik yazı qabiliyyəti;

· Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) və elektron sənəd dövriyyəsi sistemlərində işləmə bacarığı;

· Dil biliyi: ingilis dili (rus dili arzuolunandır);

· Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;

· Koordinasiya etmək bacarığı. 

 Vəzifə öhdəlikləri:

- Tələbələrin kredit sistemi ilə əlaqədar fərdi və qrup şəklində tədris məsləhətləri vermək;

- Tədris planlarının və proqramlarının tərtibində iştirak etmək;

- Tədrislə bağlı zəruri sənədlərin hazirlanması və kompüter emalını həyata keçirmək;

- AzTU-nun Elektron Təhsil Sisteminə tələbələrlə bağlı məlumatları daxil etmək və izləmək;

- AOİTAS (Ali və ORTA İxtisas Təhsili Alt Sistemi) sistemində bütün növ məlumatları işləmək;

- Tədrisin semestr və dövlət buraxılış imtahanlarının təşkilində iştirak etmək;

- Transkript formalarını hazırlamaq və çap etmək;

- Sessiya imtahanlarının təşkilində iştirak etmək.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 20.02.2026