13.06.2024-ci il saat 14:00-da (AzTU, əsas korpus, otaq 317) Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun sabiq doktorantı Musayev Müsahil Müsavər oğlunun 3340.01 - “Elektrotexniki sistemlər və komplekslər” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İdarə olunan elektrik generatorlarının tətbiqi ilə kiçik su elektrik stansiyalarının iş rejimlərinin səmərəliliyinin artırılması” mövzusunda dissertasiya işinin seminarı keçiriləcək.
Elmi rəhbər: t.e.d., professor Mustafayev Rauf İsmayıl oğlu