Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Yüksək Təhsil İnstitutunun Magistratura və doktorantura şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul elan olunur.
Tələblər:
· Ali təhsil;
· Ali təhsil sahəsində iş təcrübəsi arzuolunandır;
· Ali təhsil sahəsində mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;
· Rəsmi sənədlərlə işləmək təcrübəsi (arzuolunandır);
· Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
· “Microsoft Office” proqramlarında sərbəst işləmək bacarığı;
· İntizamlılıq və tez öyrənmə bacarığı;
· Məqsədyönlülük və əzmkarlıq;
· Ünsiyyətqurma bacarığı;
· Komandada işləmək bacarığı.
Əmək funksiyaları:
· Doktorant tələbələrin məlumat bazasının yenilənməsi və ona nəzarət;
· Doktorantların sənədlərinin toplanması, arxivləndirilməsi və onlara nəzarət;
· Şöbənin fəaliyyətinə aid sənədlərin hazırlanması;
· Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.
Maraqlanan şəxslər CV və diplomun surətini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 13.05.2024