Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun Magistratura və doktorantura şöbəsinə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir.
Tələblər:
· Ali təhsil (magistr dərəcəsi);
· Ali təhsil sahəsində minimum 1 il iş təcrübəsi;
· Ali təhsil sahəsində mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;
· Analitik və tənqidi düşünmə bacarığı;
· Komanda ilə işləmək bacarığı;
· Yeniliyə və peşəkar inkişafa açıqlıq;
· “Microsoft Office” proqramlarında sərbəst işləmək bacarığı;
· Müstəqil tədqiqat bacarıqları;
· Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;
· İngilis dilində şifahi və yazılı ünsiyyət bacarığı (minimum IELTS 6.0 yaxud ona ekvivalent TOEFL sertifikat);
· Rus dili və ya digər dillər üzrə biliyi arzuolunandır.
Əmək funksiyaları:
· Magistratura səviyyəsi üzrə tədris yüklərinin hazırlanması;
· Dərs cədvəllərinin, auditor və laborator təlimlərin (nəzəri və praktiki) təşkili cədvəllərinin hazırlanması;
· Tədris prosesinin təşkil olunması və prosesə nəzarət edilməsi;
· Magistr və doktorant tələbələrin məlumat bazasının yenilənməsi və ona nəzarət;
· Magistr və doktorantların sənədlərinin toplanması, arxivləndirilməsi və onlara nəzarət;
· Şöbənin fəaliyyətinə aid sənədlərin hazırlanması;
· Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.
Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 13.05.2024