Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Yüksək Təhsil İnstitutunun magistratura səviyyəsində 2023/2024-cü tədris ilinin payız və yaz semestrləri üzrə ingilis, alman, fransız və rus dillərini tədris etmək üçün müəllimlərin işə qəbulu elan olunur.
Tələblər:
· Tədris olunacaq xarici dil üzrə ən azı magistr dərəcəsinin olması;
· Ən azı 1 illik pedaqoji təcrübənin olması;
· Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması;
· İngilis dilini tədris etmək istəyən namizədlərin 2023/2024-cü tədris ilinin sonuna qədər etibarlı olan minimum İELTS 7.0 yaxud ona ekvivalent TOEFL sertifikatına malik olması;
· Fransız dilini tədris etmək istəyən namizədlərin DİLF, DELF, TEF, DALF, DFP sertifikatına malik olması;
· Alman dilini tədris etmək istəyən namizədlərin Höte İnstitutu, Telc Deutch, TestDaF kimi beynəlxalq sertifikatlara (və ya elmi dərəcəsi olması) malik olması;
· Rus dilini tədris etmək istəyən namizədlərin isə TRKI/TORFL sertifikatına malik olması (və ya rus dilinin filologiyası ilə bağlı elmi dərəcəsi olması).
QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.
Maraqlanan şəxslər CV, diplomların surəti və tədris etmək istədikləri dil üzrə təqdim olunan nümunəyə uyğun sillabus hazırlayıb shahin.mashayev@
Müraciət üçün son tarix: 24 iyul saat 18:00