12.05.2025-ci il saat 10:00-da Azərbaycan Texniki Universitetinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının dosenti, texnika elmləri namizədi Lalə Əlisəttar qızı Əzizovanın 2003.01 – “Maye,qaz və plazma mexanikası” ixtisası üzrə elmər doktoru dərəcəsini almaq üçün “Çoxkomponentli elektrolit sistemlərinin su məhlullarının yüksək temperatur və təzyiqlərdə istilik-fiziki xassələri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək (1 korpus 317).