Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Lalə Əzimova və Taleh Tağıyevin texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək

Lalə Əzimova və Taleh Tağıyevin texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək

2024-12-05
454

11.12.2024-cü il saat 12:00-da (AzTU, IV korpus, otaq 210) Azərbaycan Texniki Universitetinin dissertantı Əzimova Lalə Hacıağa qızının 3315.01 –“Metallurgiya texnologiyası” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Birbaşa reduksiyaetmə yolu ilə dəmir filizi kündələrinin alınmasında səmərəliliyin artırılması üsulları” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək. 

Elmi rəhbər: t.e.n., professor Şükürov Rəhim İzzət oğlu 

 

11.12.2024-cü il saat 14:00-da (AzTU, IV korpus, otaq 210) Azərbaycan Texniki Universitetinin dissertant Tağıyev Taleh Əyyam oğlunun 3315.01 –“Metallurgiya texnologiyası” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Fe-Cr-Ni əsaslı ovuntu poladlarının struktur və xassələri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.

Elmi rəhbər: t.e.d., professor Namazov Sübhan Nadir oğlu