Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar İtaliyada bir semestrlik mübadilə imkanı

İtaliyada bir semestrlik mübadilə imkanı

2025-09-18
85

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri İtaliyanın Roma Sapienza Universitetində 2025/2026 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.

Qeyd edək ki, Roma Sapienza Universitetində tədris italyan və ingilis dillərində aparılır. Hər iki dildə ixtisas və fənlərin siyahısına linkə daxil olmaqla baxa bilərsiniz.

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;

- Ərizə forması (yüklə);

- Transkript (ÜOMG minimum 75 bal);

- İngilis və ya italyan dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).

QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə Roma Sapienza Universitetində 1 semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq. 

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.

· Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq. 

Müraciət üçün son tarix: 05.10.2025

Əlaqə:

Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)

E-mail: [email protected]

Tel: (+994 12) 539 13 48