Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar İndoneziyada bir semestr müddətinə mübadilə imkanı

İndoneziyada bir semestr müddətinə mübadilə imkanı

2026-03-17
22

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri İndoneziyanın İndoneziya Universitetində 2026/2027 tədris ilinin payız semestrində təhsil almaq üçün müraciət edə bilərlər.

İndoneziya Universitetində mübadilə ilə bağlı ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- AzTU-nun bakalavr (1-ci və 2-ci kurs) tələbəsi olmaq;

- Ərizə forması;

- Transkript (ÜOMG minimum 75 bal);

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).

QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə İndoneziya Universitetində 1 semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· IELTS/TOEFL sertifikatı olanlar və ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək.

Müraciət üçün son tarix: 30.03.2026

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)

E-mail: [email protected]