Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”da fəaliyyətə başlayacaq Türkiyənin texnologiya və innovativ həllər təklif edən şirkətləri ilə yerli sahibkarlar arasında “B2B” görüş təşkil ediləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin KOSGEB təşkilatının tərəfdaşlığı, “Bilişim Vadisi Bakı”, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçiriləcək görüşün əsas məqsədi iki ölkə sahibkarları arasında əməkdaşlığın inkişaf etdirilməsidir.
13 iyul saat 14:30-da “Point Hotel Baku”da (Bakı şəhəri, Kazım Kazımzadə küç.,118/560) keçiriləcək görüşdə texnologiya və innovativ həllər təklif edən türk şirkətləri ilə biznes və əməkdaşlıq əlaqələri qurmaq və ortaq layihəyələr icra etmək istəyən yerli sahibkarlar iştirak edə bilərlər.
Ətraflı məlumat və qeydiyyat üçün link: https://forms.gle/TkzxaBcPGw45dt2NA
Əlaqə: (+994 51) 230 39 35
Qeyd: Görüşdə yalnız qeydiyyatdan keçmiş və iştirakı təsdiq edilmiş sahibkarlar iştirak edə bilərlər.