Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Humanitar fənlər kafedrasına müəllimlərin işə qəbulu elan olunur

Humanitar fənlər kafedrasına müəllimlərin işə qəbulu elan olunur

2024-05-22
698

Azərbaycan Texniki Universitetinin (AzTU) Humanitar fənlər kafedrasına 2024/2025-ci tədris ili üzrə bakalavr səviyyəsində tədris aparmaq üçün müəllimlərin işə qəbulu elan olunur. Azərbaycan, rus və ingilis bölməsi üçün müvafiq sahədə doktorantura təhsili və pedaqoji təcrübəsi olan müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:

1. Azərbaycan tarixi (Azərbaycan və rus dillərində)
2. Azərbaycan tarixi (Azərbaycan və ingilis dillərində)

Tələblər: 

Fakültənin profilinə uyğun baza təhsili (doktorantura təhsili);

Ən azı 3 il elmi-pedaqoji təcrübə;

Xarici dil biliyi (İngilis və rus dili);

MS Office proqramları üzrə biliklər;

- İnnovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 15.06.2024-cü il saat 18:00