Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Gürcüstanda bir semestr mübadilə imkanı

Gürcüstanda bir semestr mübadilə imkanı

2026-04-15
15

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Gürcüstanın Alte Universitetində 2026/2027-ci tədris ilinin payız semestrində təhsil almaq üçün müraciət edə bilərlər. 

Alte Universitetində ixtisas və tədris planları ilə linkə keçid edərək tanış ola bilərsiniz. 

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- AzTU-nun bakalavr (1-ci və 2-ci kurs) tələbəsi olmaq;

- Ərizə forması (Application Form);

- İmzalı və möhürlü transkript (ÜOMG minimum 75 bal);

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi)

- CV / Rezüme

- Motivasiya məktubu 

QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə Alte Universitetində bir semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq. 

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· İngilis dili biliyi üzrə IELTS/TOEFL sertifikatı olanlar və ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək. 

Müraciət üçün son tarix: 27.04.2026

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)

E-mail: [email protected]