KANS elmi müsabiqəsinə 2022-ci ilin III turda 45 yaşdan kiçik gənc alimlər, tədqiqatçılar, novatorlar öz elmi və texnoloji nailiyyətləri və ya beynəlxalq institutlar tərəfindən elan edilən problemlərə dair həll yolları haqqında 3-5 dəqiqəlik videolar təqdim etməklə 8 oktyabr - 6 dekabr tarixləri arasında bu müsabiqədə iştirak etməyə dəvət olunurlar.
KANS 2022 müsabiqəsinə aşağıdakı sahələr daxildir:
· kənd təsərrüfatı və qida sənayesi
· sağlamlıq və MedTech
· enerji, su və ətraf mühit
· elektronika və robototexnika
· İKT və Süni İntellekt
· mədən və mineral sənayesi
6 qalib mükafatlandırılacaq:
· KANS medalı və təşəkkür lövhəsi
· 30 qramlıq qızıl nişan
· MSTF şəbəkə platformalarından, eləcə də gənc alimlərdən faydalanmaq üçün xüsusi imtiyazlı 2000 $ dəyərində Təqaüd Proqramı.
Ətraflı məlumat: https://kans.mstfdn.org/kans-2022/
Əlaqə:
Tel: (012) 538-94-16
E-poşt: [email protected]