Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar “Erasmus +” proqramı çərçivəsində əməkdaşlar üçün mobillik imkanı

“Erasmus +” proqramı çərçivəsində əməkdaşlar üçün mobillik imkanı

2023-03-31
734

Azərbaycan Texniki Universitetinin (AzTU) akademik/inzibati heyətindən bir nəfər “Erasmus+” proqramı çərçivəsində Türkiyənin Kütahya Dumlupınar Universitetində (KDU) bir həftə müddətində mobillikdə iştirak etmək hüququ qazana bilər.

Qeyd edək ki, 24-28 aprel 2023-cü il tarixlərində KDU-da “Beynəlmiləlləşmə və əlaqələrin qurulmasında yeni baxış” mövzusunda əməkdaşlar üçün beynəlxalq həftə keçiriləcək.

Universitetimizdən mobillik üçün seçilən əməkdaş sözügedən tədbirdə iştirak edərək AzTU-nu təmsil edəcək və universitet haqqında ingilis dilində təqdimatla çıxış etmək imkanı qazanacaq.

Tələblər:

- ingilis dili biliyi (tədbir ingilis dilində təşkil olunacaq);

-ünsiyyətcil və kommunikasiya qurma bacarığı.

Mobillik proqramında iştirak etmək istəyən əməkdaşlardan ərizə formasını 07.04.2023-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Application-Form