Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar “Erasmus+” çərçivəsində Rumıniyada bir semester təhsil almaq istəyənlərin nəzərinə!

“Erasmus+” çərçivəsində Rumıniyada bir semester təhsil almaq istəyənlərin nəzərinə!

2024-10-17
425

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Rumıniyanın Kluj-Napoka Texniki Universitetində 2024/2025 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.    

Kluj-Napoka Texniki Universitetində tədrisi ingilis dilində olan ixtisaslar və fənlərə linkə daxil olmaqla baxa bilərsiniz. 

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- Bakalavr tələbəsi olmaq (2-ci və 3-cü kurs)

- Ərizə forması (Application Form)

- Transkript (ÜOMG minimum 75 bal)

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi) 

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.

· Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq. 

Müraciət üçün son tarix: 03.11.2024  

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) 

E-poçt: [email protected]

Tel: (+994 12) 539 13 48