Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Enerji və Dayanıqlı İnkişaf İnstitutuna böyük elmi işçi vəzifəsinə vakansiya elan olunur

Enerji və Dayanıqlı İnkişaf İnstitutuna böyük elmi işçi vəzifəsinə vakansiya elan olunur

2026-02-19
35

Azərbaycan Texniki Universitetinin (AzTU) Enerji və Dayanıqlı İnkişaf İnstitutuna böyük elmi işçi vəzifəsinə vakansiya elan olunur. 

Tələblər:

- Ali təhsil: Müvafiq ixtisas üzrə magistr və ya doktorantura dərəcəsi;

Dil biliyi: Rus və ingilis dili - B1;

- Sahə üzrə minimum 4 il iş təcrübəsi;

- Microsoft Office proqramları (Word, Excel, PowerPoint);

- Güclü ünsiyyət və dinləmə bacarıqları.

 Vəzifə öhdəlikləri:

Müstəqil mövzuların tədqiqi zamanı işçilər qrupuna, həmçinin, mövzunun bir hissəsini (bölmə, mərhələ) təşkil edən işlərə elmi rəhbərliyi həyata keçirir, daha mürəkkəb və məsul işlərin icraçısı kimi elmi tədqiqatla məşğul olur;

- Tədqiqat işlərinin aparılmasının proqnozlarını və metodiki proqramlarını işləyib hazırlayır;

- Mövzu üzrə elmi-texniki məlumatların toplanmasını və öyrənilməsini təşkil edir, elmi məlumatları, təcrübə və müşahidələrin nəticələrinin təhlilini verir və nəzəri ümumiləşdirmələr aparır;

- Rəhbərlik etdiyi əməkdaşların aldığı elmi nəticələrin düzgünlüyünü yoxlayır. Kadrların ixtisaslarının artırılmasında iştirak edir. Aparılmış tədqiqatların və işlənmə üsullarının nəticələrini tətbiq edir.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 20.02.2026