Ali təhsil müəssilərinin profilə və dayanıqlı inkişaf məqsədlərinə (DİM), eləcə də, COP29-un innovasiya, iqlim tədbirləri, karbon emissiyalarının azaldılması, aşağı karbonlu yanacağa keçid, tullantıların idarəolunmasının və təkrar emalının təkmilləşdirilməsi, qlobal və dövlət-universitet-özəl sektor əməkdaşlıq prinsiplərinə uyğun olaraq, Azərbaycan Texniki Universiteit (AzTU) ərzaq tullantılarının idarə olunması və alternativ enerji mənbələrinin istifadəsi sahəsində müasir həll yollarının tətbiqinə yönəlmiş addımlar atır.
Bu çərçivədə AzTU “Bakı şəhəri və ətraf ərazilərdə ərzaq tullantılarından bioetanol istehsalı imkanlarının tədqiqi və texniki-iqtisadi əsaslandırmanın hazırlanması” mövzusunda dissertasiya layihəsini həyata keçirməyi hədəfləyir.
Layihənin əsas məqsədi Bakı şəhəri və onun ətraf ərazilərində ərzaq tullantılarının təkrar emalı vasitəsilə bioetanol istehsalı imkanlarını araşdırmaq və bu prosesin texniki-iqtisadi əsaslandırmasını hazırlamaqdır.
Dissertasiya layihəsi çərçivəsində aşağıdakı məsələlərin tədqiq olunması nəzərdə tutulur:
1. Ərzaq tullantılarının təhlili: Bakı və ətraf bölgələrdə ərzaq tullantılarının miqdarı, tərkibi və xüsusiyyətlərinin araşdırılması.
2. Bioetanol istehsal texnologiyaları: tullantılardan bioetanol istehsalı üçün effektiv və ekoloji təmiz texnologiyaların seçilməsi.
3. Texniki-iqtisadi əsaslandırma: layihənin maliyyə, iqtisadi və sosial təsirlərinin qiymətləndirilməsi.
4. Davamlı inkişaf töhfəsi: layihənin ekoloji təsirinin azaldılması və regionda dayanıqlı enerji təminatına töhfəsi.
“İqtisadi” ixtisaslaşma üzrə təhsil alan magistr 2-ci kurs tələbələri arasında dissertasiya layihəsinin yerinə yetirilməsi üçün tələbələrin seçimi elan edilir.
İşin elmi rəhbəri: İSMAYILOVA, Aynurə, i.ü.f.d.,
Ömürboyu Öyrənmə Məktəbinin direktoru və İqtisadiyyat və statistika kafedrasının dosenti
Maliyyələşmə:
Dissertasiya layihəsi 5 nəfərlik qrup üçün (əsaslandırılmış təcrübi xərclərlə) maksimum 500 manat həddində maliyyələşdirilir.
İşin praktiki əhəmiyyəti və zəruriliyi nəzərə alınaraq, maliyyələşmə məbləği artırıla bilər.
Müraciət qaydası:
Müraciətlər ilkin və müsahibə mərhələlərindən ibarətdir.
İlkin baxış mərhələsində CV və tədqim olunan məlumatlar qiymətləndirilir.
CV-nin yaradıcı və dolğun tərtib olunması mütləqdir.
Müraciət üçün keçid: https://forms.gle/TBRKCUJUoS5zMWqS6
Müraciət üçün son tarix: 28 noyabr 2024-cü il