Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Bursa Uludağ Universitetində bir semestr təhsil almaq istəyənlərin nəzərinə!

Bursa Uludağ Universitetində bir semestr təhsil almaq istəyənlərin nəzərinə!

2024-11-26
415

 

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bursa Ulumdağ Universitetində 2024/2025 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər. 

Qeyd edək ki, mübadilə aşağıdakı ixtisaslar üçün nəzərdə tutulmuşdur:

İqtisadiyyat

Biznesin idarə edilməsi

Elektrik və elektronika mühəndisliyi

Maşın mühəndisliyi 

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

Bakalavr tələbəsi olmaq (2-ci və 3-cü kurs)

Ərizə forması (Application Form)

Transkript (ÜOMG minimum 75 bal)

İngilis dili biliyini təsdiq edən sənəd (minimum B1 səviyyəsi) 

Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına mövzu hissəsində müraciət etdikləri universitetin adını qeyd etməklə göndərmələri xahiş olunur.

Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.

Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq. 

Müraciət üçün son tarix: 10.12.2024 

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) 

E-poçt: [email protected]

Tel: (+994 12) 539 13 48