Azərbaycan Texniki Unversitetinin (AzTU) Beynəlxalq ticarət, logistika və marketinq kafedasında 2023/2024-cü tədris ilinin payız semestri üzrə Azərbaycan və ingilis bölməsi üçün müvafiq sahədə təcrübəsi olan müəllimlərin işə qəbulu elan olunur.
Fənlərin siyahısı:
1. Akademik və peşəkar məqsədlər üçün ingilis dili
2. Maliyyə uçotu (İngilis dilində)
3. Karyera planlaması (Azərbaycan dilində)
4. Biznes analitikası və risklərin idarə edilməsi (Azərbaycan dilində)
5. Strateji brend menecmenti (Azərbaycan dilində)
6. Beynəlxalq biznes iqtisadiyyatı (Azərbaycan dilində)
7. Təchizat zəncirinin idarə edilməsi (Azərbaycan dilində)
8. Beynəlxalq iqtisadiyyat (İngilis dilində)
9. Bilik iqtisadiyyatı (Azərbaycan dilində)
Müraciət üçün son tarix: 15 avqust
Müsabiqədə iştirak etmək istəyən namizədlərdən CV-lərini [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərmələri xahiş olunur.