Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Beynəlxalq əməkdaşlıq və mübadilə üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edilir

Beynəlxalq əməkdaşlıq və mübadilə üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edilir

2023-10-09
810

AzTU-da Beynəlxalq əməkdaşlıq və mübadilə üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edilir.

Tələblər:

- Ali təhsil (Magistr təhsili);

- Minimum 2 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);

- Dil bilikləri: İngilis və türk dillərində sərbəst şəkildə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus  dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);

- Ms Office proqramları üzrə biliklər;

- Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmə qabiliyyəti;

“Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, ölkənin strateji inkişaf proritetlərinin və qanunvercilik bazası haqqında biliklər.

Əmək funksiyaları:

- Xarici universitet və beynəlxalq təşkilatlarla elm və təhsil sahəsində əməkdaşlıq əlaqələri qurur, əməkdaşlığın çərçivəsini və iş həcmini müəyyənləşdirir və bu çərçivədə işləri təşkil edir;

- Universitetin üzv olduğu xarici assosiasiya və təşkilatlarla əməkdaşlıq kommunikasiyalarını idarə edir;

- Universitetin beynəlxalq reytinqini artıracaq təşkilat və qurumlarla əlaqələr qurur, analizlər edir, təkliflər hazırlayır;

- Universitetin beynəlxalq reytinq cədvəllərində təmsil olunması ilə əlaqədar işlərin təşkilində birbaşa iştirak edir, universitetlə əlaqəli lazımi informasiya mübadiləsini təmin edir;

- Beynəlxalq layihə və mübadilə proqramlarında universitetin iştirakını artırmaq məqsədilə təklif və tövsiyyələrin işləyib hazırlayır, universiteti beynəlxalq layihələr və mübadilə proqramları üzrə sərgi, görüş, konfrans və seminarlarda təmsil edir;

- Beynəlxalq əlaqələrdən irəli gələn işlərin aparılması ilə bağlı mütəmadi olaraq xarici tərəfdaşlarla kommunikasiyanı qurur və aparır;

- Universitetin Beynəlxalq əməkdaşlıq və mübadilə üzrə statistika və hesabatını hazırlayaraq təqdim edir, fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlayır, mövcud çətinliklər və əngəlləri müəyyən edir, aradan qaldırılması üçün  təklif və tövsiyyələrini hazırlayır.

Maaş: 900 AZN

Müraciət üçün son tarix: 17.10.2023

Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.