Azərbaycan Texniki Universitetinə (AzTU) sürücü vəzifəsinə vakansiya elan olunur.
Əsas vəzifələr:
· Universitet rəhbərliyinin və digər işçi heyətinin hava limanından qarşılanması və yola salınması;
· İşçi heyətinin işgüzar səfərlərinin təhlükəsiz və vaxtında həyata keçirilməsi;
· Universitetin nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət və mütəmadi olaraq yoxlanılması;
· Avtomobilin təmiz və saz vəziyyətdə saxlanılması;
· Avtomobilin təmir və texniki xidmət planına uyğun olaraq təmir mərkəzlərinə vaxtında aparılması;
· Universitet tədbirlərində və ezamiyyələrdə nəqliyyat xidməti göstərilməsi;
· Yol hərəkəti qaydalarına ciddi riayət edilməsi və təhlükəsizlik standartlarının təmin edilməsi;
· Avtomobilin yanacaq sərfiyyatının uçotunun aparılması və hesabatların təqdim edilməsi.
Tələblər:
· Orta təhsil;
· Müvafiq sürücülük vəsiqəsi (B, C kateqoriyası);
· Sürücü olaraq ən azı 3 il iş təcrübəsi;
· Yol hərəkəti və nəqliyyat vasitələrinin texniki xidmət qaydaları barədə biliklər;
· Nizam-intizamlı, məsuliyyətli və diqqətli olmaq;
· Azərbaycan dilini bilmək, türk və ingilis dillərini bilmək üstünlükdür.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu yerində mövcud vakansiya adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 15.10.2024