Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
Əmək funksiyası:
· Ali təhsil müəssisəsinin fakültə və kafedralarında tədris işlərini təşkil edir.
· Tədris yüklərinə dair tapşırıqları fakültələrə çatdırır, onların əsasında işçi tədris planlarının hazırlanmasına nəzarət edir.
· Kafedralarda professor-müəllim, eləcə də tədris-yardımçı heyət ştatlarının müəyyənləşdirilməsi, tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və göndərilməsinə, tədris şöbəsinin (hissənin) işçilərinin fəaliyyətinə istiqamət verir və rəhbərlik edir.
· Tələbələrin tədris planına uyğun dərslərinin keçirilməsini təşkil edir.
· Tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsinə, akademik borcların ləğvinə, məsləhət saatlarının təşkilinə və keçirilməsinə, tələbələrin dərsə davamiyyətinə nəzarət edir, tədris-tərbiyə və elmlə bağlı bütün məsələlərin həllində iştirak edir.
Bilməlidir:
· “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;
· Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
· Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
· Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və psixologiyasını, tədris planlarının və proqramlarının tərtibini;
· Professor-müəllim heyəti arasında dərs yükünün bölünməsi şərtlərini;
· Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Maraqlanan şəxslərdən CV-ləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.