Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-nun Strateji inkişaf şöbəsinə fəaliyyətlərin izlənilməsi və hesabat vermə mütəxəssisi vəzifəsinə vakansiya elan olunur

AzTU-nun Strateji inkişaf şöbəsinə fəaliyyətlərin izlənilməsi və hesabat vermə mütəxəssisi vəzifəsinə vakansiya elan olunur

2025-04-07
408

Azərbaycan Texniki Universitetinin (AzTU) Strateji inkişaf şöbəsinə fəaliyyətlərin izlənilməsi və hesabat vermə mütəxəssisi vəzifəsinə vakansiya elan olunur. 

Tələblər: 

- Ali təhsil (təhsil, biznes idarəçiliyi, iqtisadiyyat, menecment, strateji idarəetmə və ya müvafiq sahədə);

- Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili, rus dili (arzuolunandır);

- Minimum 1 il iş təcrübəsi (Fəaliyyətlərin izlənilməsi, hesabatların hazırlanması və ya layihə idarəetməsi sahəsində);

- Məlumat bazalarından istifadə, müxtəlif verilənlərin təhlili, analitik bacarıqlar;

- İnformasiya texnologiyaları, proqram təminatı, layihə idarəetmə proqrmaları (MS office, MS Project, Asana, Trello və s.);

- Təhsil qanunvericiliyi və normativ hüquqi sənədlər haqqında biliklər;

- Problem həll etmək və qərar qəbul etmək bacarığı;

- Komanda ilə iş və liderlik bacarıqları.

Vəzifə öhdəlikləri:

- Universitetin strateji inkişaf planına uyğun olaraq fəaliyyətlərin nəticələrini müntəzəm olaraq izləmək;

- Fəaliyyətlərin izlənilməsi ilə əlaqədar məlumatların sistemli şəkildə toplanılmasını və saxlanılmasını təmin etmək;

- Fəaliyyət göstəricilərinin nəticələrini təhlil etmək və qiymətləndirmək, müvafiq hesabatları hazırlamaq və təqdim etmək;

- Fəaliyyətlərin izlənilməsi zamanı universitetin strateji inkişaf planının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlamaq;

- Fəaliyyətlər üzrə məlumatları təhlil edərək qarşıya çıxacaq potensial problemləri proqnozlaşdırmaq və həll yollarını təklif etmək. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Qeyd edək ki, seçim zamanı Azərbaycan Texniki Universitetinin məzunlarına üstünlük verilir.

Müraciət üçün son tarix: 20.04.2025