AzTU-nun Maliyyə və təminat departamentinin Maddi qiymətlilərin idarə edilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan olunur.
Vəzifə təlimatı:
· Universitetə məxsus və ya universitetin istifadəsində olan əmlakların yerdəyişmələrinin qeydiyyatının aparılması işini təşkil etmək;
· Universitetə məxsus və ya universitetin istifadəsində olan əmlakların inventarizasiyasında iştirak etmək;
· Universitetin strukturlarından daxil olan sorğuları icra etmək;
· Universitetə məxsus və ya universitetin istifadəsində olan əmlaklar haqqında dövlət orqanlarına təqdim olunmalı hesabatları hazırlamaq və təqdim etmək;
· Məktub və ərizələri yazmaq;
· Yerinə yetirilən işlərə dair hesabatlar hazırlamaq və s.
Tələblər:
· MS Excel və MS Word proqramları ilə işləmək;
· AR Vergi Məcəlləsini, AR Əmək Məcəlləsini, AR İnzibati Xətalar Məcəlləsini bilmək;
· “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nı bilmək;
· Komandada işləmək, kommunikasiya bacarığı;
· Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmaq;
· İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı;
· Dil bilikləri: Azərbaycan dili (səlis), rus dili arzu olunandır;
· Yaş həddi: 25-45.
İş rejimi: Həftənin 5 günü (09:00-17:30)
İstirahət günləri: Şənbə və bazar
Müraciət üçün son tarix: 01.12.2023
Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.