Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU daxili qrant müsabiqəsi elan edir

AzTU daxili qrant müsabiqəsi elan edir

2025-08-04
41

Azərbaycan Texniki Universiteti (AzTU), İnformasiya Texnologiyaları İnstitutu (İTİ) və İdarəetmə Sistemləri İnstitutu (İSİ) ilə birgə multidissiplinar elmi-tədqiqat fəaliyyətini təşviq etmək, innovasiyayönümlü ideyaların inkişafını dəstəkləmək və tədqiqatçıların elmi potensialını gücləndirmək məqsədilə daxili qrant müsabiqəsi elan edir.

Müsabiqə çərçivəsində təqdim olunacaq layihələrin universitetin elmi strateji hədəflərinə, prioritet tədqiqat istiqamətlərinə, innovasiya və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu əsas meyarlar olmaqla qiymətləndiriləcək.

Müsabiqənin məqsədi elmi fəaliyyətin keyfiyyətini yüksəltmək və tədqiqatçıların beynəlxalq elmi mühitdə fəallığını artırmaqdır.

Layihə müraciətləri yalnız elektron qaydada qəbul edilir. 

Müsabiqədə iştirak etmək üçün http://e-grant.aztu.edu.az/ linki vasitəsilə müraciətinizi təqdim edə bilərsiniz.

Ətraflı məlumat üçün eyni linkdə yerləşdirilmiş müsabiqə şərtləri, meyarlar və müraciət forması ilə tanış ola bilərsiniz.

Hər hansı sual yaranarsa AzTU-nun Tədqiqat və inkişaf departamenti ilə əlaqə saxlamağınız xahiş olunur.

Elmi ideyalarınızı reallaşdırmaq üçün elmi yaradıcı komanadaları bu fürsətdən yararlanmağa dəvət edirik!