Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinə universitet reytinqlərinin idarə olunması üzrə böyük mütəxəssis vəzifəsinə vakansiya elan olunur.
Əmək funksiyaları:
- Reytinqlərdə iştirak üçün strategiyanın formalaşdırılması və həyata keçirilməsi;
- “Times Higher Education”, “QS World University Rankings” və Dünya Universitetlərinin Akademik Reytinqi (ARWU) də daxil olmaqla müxtəlif universitet reytinqlərində AzTU-nun fəaliyyətinə nəzarət etmək və təkmilləşdirmək;
- Fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlamaq, mövcud çətinliklərin və problemlərin aradan qaldırılması üçün təklif və tövsiyələr təqdim etmək;
- Şöbənin öhdəliyində olan digər işlərin vaxtında və keyfiyyətli icrası üçün şöbənin digər əməkdaşlarının işlərinə kömək etmək, ehtiyac olduğu təqdirdə komanda üzvlərini əvəz etmək.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (biznesin idarə edilməsi, marketinq, ali təhsilin idarə edilməsi);
- Universitet reytinqlərinin idarə edilməsi və ya oxşar vəzifələrdə təcrübə;
- İngilis dilində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);
- “Ms Office”, “Ms Access”, “MS Project” proqramları üzrə biliklər;
- Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmək qabiliyyəti;
- “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, ölkənin strateji inkişaf proritetləri və qanunvercilik bazası, Boloniya prosesi haqqında biliklər;
- Məlumatların təhlili alətləri və proqram təminatı üzrə biliklər (Qlobal universitet reytinqi metodologiyalarını bilənlərə üstünlük verilir).
Əlavə məlumatlar:
İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən CV-lərini “Universitet reytinqlərinin idarə olunması üzrə böyük mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 30.03.2024