Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da təcrübənin təşkili üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir

AzTU-da təcrübənin təşkili üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir

2025-08-19
94

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzinə təcrübənin təşkili üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir. 

Tələblər:

· Təhsil: Magistr dərəcəsi (menecment, psixologiya, marketinq, insan resursları, təhsil idarəçiliyi və ya əlaqəli sahələr üzrə);

· Təhsil sahəsində ən azı 1-3 il iş təcrübəsi;

· İdarəetmə və təşkilatçılıq bacarıqları;

· Əmək bazarı və təcrübənin təşkili haqqında biliklər;

· Azərbaycan dilini səlis bilmək (rus və ingilis dili arzuolunandır);

· Kompüter bilikləri (MS Office proqramları);

· Yüksək ünsiyyət bacarıqlarının olması.

Öhdəliklər:

· Təcrübə keçiriləcək müəssisələrin seçilməsində iştirak etmək və əlaqə yaradılması, tələbə və magistrantların yönləndirilməsi;

· Elektron təcrübə portalına müəssisələrin daxil edilməsi və nəzarət;

· İxtisas kafedralarından (İstehsalat təcrübəsi -  IV və V kurslarda, Elmi-tədqiqat təcrübəsi və Elmi-pedaqoji təcrübəsi-II kursda)  təcrübə “Sifariş”lərinin qəbul edilməsi və işlənməsi;

· Müvafiq tədris ili üçün dekanlıqlardan tələbə kontingentinin toplanması və işlənməsi;

· Əmək bazarının tələblərinə uyğun təcrübə imkanlarını təmin etmək;

· Müəssisələrə göndəriləcək məktub və müqavilələrin hazırlanması;

· Fərdi müraciətlərə baxılması;

· Müəssisədən gələn müqavilələrə baxılması ;

· Hər qrup üçün işçi proqramlarının təsdiq edilməsi və toplanması;

· Müəssisələr üçün məktubla birlikdə tələbə siyahısının hazırlanması;

· Dekanlıqlardan gələn xidməti məruzələrə əsasən əmr layihəsinin hazırlanması;

· Təcrübəçilərin izlənməsi və qiymətləndirmə prosesinə nəzarət etmək;

· Təcrübəyə dair aylıq davamiyyətlə bağlı hesabatın rəhbərliyə verilməsi;

· Yekun hesabatın rəhbərliyə təqdim edilməsi;

· Müqavilələrin və işçi proqramların “pdf” formatına salınması;

· Sonda sənədlərin Arxivə verilməsi.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 01.09.2025-ci il saat 18:00