Azərbaycan Texniki Universitetində (AzTU) SABAH qrupları üzrə koordinator vəzifəsinə vakansiya elan olunur.
Əmək funksiyaları:
SABAH qrupları üzrə proqramların Strateji İnkişaf Planının hazırlanmasını və həyata keçirilməsini təşkil edir, bu fəaliyyət istiqaməti məqsəd və prioritetlərinin müəyyənləşdirilməsini təşkil və koordinasiya edir;
“Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 noyabr tarixli 351 nömrəli Sərəncamının 4.1-ci bəndini, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 18 avqust 2025-ci il tarixli KQ-06 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər”ini rəhbər tutaraq tədrisin təşkilini koordinasiya edir;
Təhsil, elmi-tədqiqat, innovasiya və tələbə fəaliyyətləri üzrə illik fəaliyyət planlarını və hesabat mexanizmlərini formalaşdırır;
SABAH qrupları üzrə proqramların müvafiq strukturlarla birgə fəaliyyətinin ali təhsil müəssisəsinin ümumi inkişaf strategiyasına uyğunluğunu təmin edir;
SABAH modeli çərçivəsində tədrisin keyfiyyətinin, səmərəliliyinin və müasirliyinin artırılmasına yönəlmiş innovativ layihələrin həyata keçirilməsini təşkil edir;
SABAH qrupları üzrə proqramların fəaliyyətində dayanıqlı inkişaf, rəqəmsal transformasiya və keyfiyyət idarəçiliyi prinsiplərinin tətbiqinə nəzarət edir;
SABAH qrupları üzrə proqramların tədris prosesinin planlaşdırılması, təşkili və icrasına nəzarət edir və digər fəaliyyətləri koordinasiya edir;
Təhsil proqramlarının və tədris planlarının müvafiq qanunvericilik çərçivəsində Avropa Kredit Transfer Sisteminin (AKTS) prinsiplərinə tam uyğun həyata keçirilməsinə nəzarət edir;
Müasir tədris metodlarının, innovativ pedaqoji yanaşmaların və informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təşviq edir;
Dərs cədvəllərinin, imtahan sessiyalarının, kollokviumların, tədris yükü bölgüsünün və akademik göstəricilərin təsdiqinə nəzarət edir;
Açıq dərslərin, seminarların, tədris-metodik müzakirələrin və fakültədaxili seminarların keçirilməsini təşkil edir;
Tədrisin keyfiyyətinə nəzarət mexanizmlərinin işlənib hazırlanmasını və tətbiqini təmin edir;
SABAH qrupları proqramları üzrə elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsini təşkil edir;
Professor-müəllim heyətinin və tələbələrin elmi layihələrdə, startaplarda və tətbiqi tədqiqatlarda iştirakını təşviq edir;
Elmi konfransların, seminarların və tədqiqat müzakirələrinin təşkilini təmin edir;
Tələbələrin akademik, sosial və karyera inkişafı üçün şəraitin yaradılmasına nəzarət edir;
SABAH tələbələrinin təcrübə, internatura və layihə fəaliyyətlərinin səmərəli təşkilini təmin edir;
Təhsilalanların hüquqlarının qorunmasına, onların mədəni, sosial və intellektual inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsinə şərait yaradır;
Məmnunluq sorğularının (müəllimlərin tədris keyfiyyəti, dərsin səmərəliliyi və s.) keçirilməsinə nəzarət edir və nəticələr əsasında tədris keyfiyyətinin artırılması üzrə tədbirlər görür;
Tələbələrin uğurlarının, nailiyyətlərinin və təşəbbüslərinin ictimaiyyətə təqdim olunmasını və mükafatlandırılmasını təşviq edir.
Tələblər:
Ali təhsil: (Magistr təhsili);
Minimum 3 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);
Dil bilikləri: İngilis dilində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);
Ms Office, Ms Access, MS project proqramları üzrə biliklər;
Azərbaycan Respublikasının “Elm haqqında” və “Təhsil haqqında” qanunları; ölkənin strateji inkişaf prioritetləri və qanunvercilik bazası, Boloniya prosesi haqqında biliklər;
Ali məktəb pedaqogikası, müasir təlim metodları və innovativ tədris texnologiyaları üzrə biliklər;
Tədris planlarının və işçi proqramların hazırlanması və həyata keçirilməsi təcrübəsi;
Elmi-tədqiqat, layihə və innovasiya fəaliyyətlərinin təşkili bacarığı;
Tələbələrlə motivasiyaedici iş aparmaq, onların fərdi və peşəkar inkişafını dəstəkləmək imkanları;
Liderlik və idarəetmə bacarıqları, komanda işinə rəhbərlik etmək bacarığı;
Tədris prosesində keyfiyyətə nəzarət, monitorinq və hesabatlılıq aparmaq təcrübəsi;
Problemləri analitik həll etmək və qərar qəbul etmək bacarığı;
Tədris prosesinin təşkili və normativ-hüquqi sənədlərlə işləmək bacarığı;
Tədris prosesində innovasiyaların tətbiqini təmin etmək və komandanın inkişafını dəstəkləmək.
Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 23.01.2026-cı il