Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinə patent üzrə böyük mütəxəssis vəzifəsinə vakansiya elan olunur.
Əmək funksiyaları:
· Patentlərin və faydalı modellərin yeniliyini sistemdə yoxlamaq;
· Patent hazırlanmaslnda müəlliflərə kömək etmək, bütün hesabatları hazırlamaq;
· Patent müraciətləri prosesini idarə etmək, Əqli Mülkiyyət Agentliyi ilə daim əlaqədə olmaq.
Tələblər:
· Ali təhsil;
· Minimum 3 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);
· Dil bilikləri: rus dili ( əlavə dil biliyi arzuolunandır);
· Patent qanunları və təsnifatları haqqında biliklər;
· Güclü təhlil və tədqiqat bacarıqları;
· Patent axtarışı və təhlil alətlərində bacarıq.
Əlavə məlumatlar:
İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən CV-lərini “Patent üzrə böyük mütəxəssis”başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 30.03.2024