Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edilir

AzTU-da nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edilir

2025-02-12
536

Azərbaycan Texniki Universitetinin (AzTU) İnsan resursları departamentinə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan olunur.

Tələblər:      

Ali təhsil;

Azərbaycan Respublikasının Əmək Məcəlləsini və digər aidiyyəti normativ hüquqi aktları bilmək;

• İnsan resursları sahəsində təcrübə (arzuolunandır) ;

Microsoft Ofis proqramlarını bilmək;

Xarici dil - ingilis və rus dili (üstünlük verilir);

Kadr inzibatçılığı və sənədləşdirmə proseslərində təcrübə;

Təhlil etmək və hesabat hazırlamaq bacarığı;

Güclü kommunikasiya və komandada işləmək bacarığı;

Sorğu və digər araşdırmaları təşkil etmək və aparmaq bacarığı.

 Vəzifə öhdəlikləri:

· Universitet əməkdaşlarının nizam-intizam qaydalarına əməl etməsinə nəzarət etmək;

· İşçilərin iş saatlarına, məzuniyyətlərinə və digər kadr proseslərinə dair məlumatların dəqiqliyini yoxlamaq;

· Əmək münasibətlərinin düzgün icra olunmasına və əmək qanunvericiliyinin tələblərinə uyğunluğa nəzarət etmək;

· Kadr inzibatçılığına dair prosedurların optimallaşdırılması və səmərəliliyinin artırılması üçün təkliflər vermək;

· İnsan resursları ilə bağlı daxili auditlərin aparılmasında iştirak etmək və hesabat hazırlamaq;

· Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və departamentin müvafiq uyğunlaşmasını təmin etmək;

· Əmək intizamının qorunmasına və iş mühitində etik davranış qaydalarına əməl olunmasına nəzarət etmək;

· Rəhbərlik tərəfindən verilən digər nəzarət və audit tapşırıqlarını icra etmək. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 01.03.2025