Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun magistratura səviyyəsində 2023/2024-cü tədris ilinin yaz semestri üzrə müəllimlərin işə qəbulu elan olunur. Azərbaycan bölməsi üçün müvafiq sahədə təcrübəsi olan müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:
Fənlərin siyahısı:
· Biznes statistikası (Azərbaycan bölməsi)
· Biznesdə qərar qəbulunun riyazi metodları (Azərbaycan bölməsi)
· İnvestisiya siyasəti və innovasiya fəaliyyəti (Azərbaycan bölməsi)
· Sənayedə investisiya layihələndirilməsi (Azərbaycan bölməsi)
Tələblər:
· İqtisadiyyat, menecment, biznesin idarə olunması, maliyyə, nəqliyyat texnologiyaları, logistika və daşımalar, data analitikası, statistika, ekonometrika, marketinq, mühəndislik, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində ən azı magistr dərəcəsinin olması;
· Ən azı 1 illik pedaqoji təcrübənin olması;
· Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması;
QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.
Maraqlanan şəxslər CV, diplomun surəti və iddia etdikləri fənn yaxud fənlər üzrə təqdim olunan nümunəyə uyğun sillabus hazırlayıb [email protected] elektron ünvanına göndərə bilərlər. Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları barədə məktubda məlumat verməlidir.
Müraciət üçün son tarix: 07.01.2024