Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da Keyfiyyətin təminatı şöbəsinə audit mütəxəssisi vəzifəsinə vakansiya elan edilir

AzTU-da Keyfiyyətin təminatı şöbəsinə audit mütəxəssisi vəzifəsinə vakansiya elan edilir

2025-04-23
117

Azərbaycan Texniki Universitetinin (AzTU) Keyfiyyətin təminatı şöbəsinə audit mütəxəssisi vəzifəsinə vakansiya elan edilir. 

Tələblər:

- Ali təhsil (Magistr təhsili);

- Minimum 1 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);

- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;

- İngilis dilində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili arzuolunandır);

- Yüksək təşkilatçılıq və təqdimetmə bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- Analitik və tənqidi düşünmə bacarığı;

- MS Office proqramları üzrə sərbəst işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

· Universitetin struktur bölmələrində daxili keyfiyyət təminatı və idarəetmə sistemlərinə

dair audit proseslərini planlaşdırmaq və həyata keçirmək;

· Tədris, inzibati və təşkilati proseslərin mövcud qaydalara, normativ sənədlərə və

universitetin daxili prosedurlarına uyğunluğunu yoxlamaq;

· Audit zamanı aşkar edilmiş uyğunsuzluqlar və inkişaf ehtiyacları üzrə hesabatların

hazırlanması və müvafiq bölmələrə təqdim edilməsi;

· Audit nəticələrinə əsasən təkmilləşdirmə təkliflərinin hazırlanması və onların icrasına

nəzarət;

· Keyfiyyət təminatı sahəsində milli və beynəlxalq standartlara (məsələn, ESG, ISO və s.)

uyğun audit alətlərinin və metodlarının tətbiqi;

· Risk əsaslı audit yanaşmasını tətbiq etməklə proseslərin səmərəliliyinin

qiymətləndirilməsi;

· İllik daxili audit planının hazırlanması və icrasına dair hesabatların təqdim edilməsi;

· Audit fəaliyyəti çərçivəsində aidiyyəti şöbələrlə koordinasiyanın qurulması və

əməkdaşlıq edilməsi;

· Daxili yoxlamaların nəticələrinin müvafiq rəhbərliklə paylaşılması və qərar qəbuletmə

prosesində iştirak edilməsi;

· Audit prosesləri zamanı əldə olunan məlumatların məxfiliyinə riayət edilməsi və etik

normalara uyğun hərəkət edilməsi;

· Keyfiyyətin təminatı şöbəsinin Əsasnaməsi və universitet rəhbərliyinin qərarlarına uyğun olaraq digər funksiyaların yerinə yetirilməsi;

· Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələrin icra edilməsi.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 25.05.2025-ci il saat 18:00