Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da inzibati işlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur

AzTU-da inzibati işlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur

2023-10-05
953

AzTU-da inzibati işlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

Əmək funksiyaları:

- Universitet daxili şöbəyə aid icra olunan işlərin fəaliyyətini izləyib və şöbədaxili paylaşılmasını təmin etmək;  

- Universitetin struktur bölmələrinin müvafiq inzibati işlər üzrə fəaliyyətlərinin təşkilini və əlaqədar kommunikasiyanın qurulmasını təmin etmək;

- Şöbənin öhdəliyində olan digər işlərin vaxtında və keyfiyyətli şəkildə icrası üçün şöbənin digər əməkdaşlarının işlərinə köməklik göstərmək, ehtiyac olduğu təqdirdə komanda üzvlərini əvəz etmək;

 - Sənəd dövriyyəsi üzrə xidməti məktubların, əmrlərin və digər bu növ sənədlərin layihələrinin hazırlanmasını təmin etməkı

 - Layihələrin idarə olunması və layihə koordinatorlarını əlaqələndirmə işinin aparılmasını təmin etmək;

 - Şöbə üzrə digər aidiyyətı işlərin icrasında iştirak etmək.

 Tələblər:

 - Menecment ixtisası üzrə ali təhsil (Bakalavr, magistr);

- Müvafiq sahə və ya təhsil sahəsi üzrə iş təcrübəsi arzuolunandır;

- Dil bilikləri: Rus, ingilis və s. dillərində ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlük olaraq qəbul ediləcək;

- Ms Office və s. (əgər varsa) proqramlar üzrə biliklər;

- Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, analitik düşünmə.

 Maaş: 500 AZN (Gross)

Müraciət üçün son tarix: 11.10.2023

Maraqlanan şəxslərdən CV-lərini [email protected],  [email protected]  elektron poçt ünvanlarına göndərmələri xahiş olunur.